Rusiyanın Baş naziri Dmitri Medvedyev ABŞ-la yaranmış diplomatik qalmaqala münasibət bildirib
Axar.az xəbər verir ki, baş nazir Tvitter hesabında Obama iqtidarının son günlərini Rusiyaya qarşı aqoniyalarla keçirdiyini deyib:
"Təəssüflər olsun ki, fəaliyyətinə əməkdşalığı canlandırma ilə başlayan Obama adminstrasiyası onu Rusiyaya qarşı aqoniya ilə başa çatdırır”.
Xatırladaq ki, ABŞ hökuməti Vaşinqton və San-Fransiskoda fəaliyyət göstərən 35 rus diplomata ölkəni tərk etmək üçün 72 saat vaxt verib. Buna cavab olaraq Rusiya Xarici İşlər Nazirliyi 35 ABŞ diplomatının ölkədən çıxarılması üçün Prezident Vladimir Putinə təklif göndərib.
Aktual.az
Xəbər 371 dəfə oxunub.