Dmitri Medvedyevin istefaya göndəriləcəyi haqda yayılan informasiya spekulyasiyadır.
Aktual.az axar.az-a istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov söyləyib.
Onun sözlərinə görə, Rusiya hökumətinin tərkibində də heç bir dəyişiklik gözlənilmir.
Qeyd edək ki, bundan öncə "Faynənşl Tayms" qəzeti parlament seçkisindən sonra Medvedyevin istefaya göndəriləcəyi və onun yerinə keçmiş maliyyə naziri Aleksey Kudrinin gətiriləcəyi haqda informasiya yayıb.