Medvedyev Ermənistana gedir

Medvedyev Ermənistana gedir

“Səfər qaz tədarükünə dair məsələlərin müzakirəsi üçün imkan yaradacaq”.

Rusiya hökumətinin rəhbəri Dmitri Medvedyev aprelin 7-də Ermənistana səfər edəcək.

Oxu.Az “Novosti Armenii”ya istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Ermənistanın baş naziri Ovik Abramayan bildirib.

Onun sözlərinə görə, aprelin 8-də İrəvanda Avrasiya İqtisadi İttifaqının üzv ölkələrinin baş nazirlərinin görüşü keçiriləcək.

O.Abramyan qeyd edib ki, bundan başqa, səfər qaz tədarükünə dair məsələlərin müzakirəsi üçün imkan yaradacaq.

“Bu məsələ Avropa İttifaqı çərçivəsində də müzakirə edilir. Adıçəkilən görüşdə bu məsələni müzakirə edəcəyik və cavab alacağıq”, - O.Abramyan deyib.

//Aktual.az

Xəbər 410 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR