Medvedyev Binəli Yıldırıma başsağlığı verdi

Medvedyev Binəli Yıldırıma başsağlığı verdi
  • DÜNYA

Rusiya Baş naziri Dmitri Medvedyev İstanbulda "Reina” gecə klubunda baş verən terror olayına görə türkiyəli həmkarı Binəli Yıldırıma başsağlığı verib

 


Axar.az xəbər verir ki, baş tutan telefon danışığı zamanı Medvedyev Rusiya və Türkiyə hökumətlərinin terrorizmə qarşı ortaq mübarizə aparmasının vacibliyini vurğulayıb.

"Hadisəni törədən şəxslər lazımi cəzanı almalıdır”, - rus nazir bildirib.

Xatırladaq ki, İstanbulun Beşiktaş rayonunda yerləşən "Reina” gecə klubuna silahlı hücum olub. Hadisə nəticəsində 39 nəfər həlak olub, 69 nəfər isə yaralanıb.
 
Aktual.az
Xəbər 321 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR