Rusiya Federasiyası Hökumətinin Hüquq deportamenti şöbəsinin rəisi Sübhi Şıxlinski "Vətən qarşısında xidmətlərinə görə 2-ci dərəcəli" ordenin medalı ilə təltif edilib.
Aktual.az Oxu.az-a istinadən xəbər verir ki, mükafatı Hökumətin 2015-ci ilin yekunlarına həsr olunmuş iclasında Rusiyanın baş naziri Dmitri Medvedyev vermişdir.
Şıxlinski Sübhi Osmanoğlu 1964-cü ildə Azərbaycan SSR-nin Şamxor (hazırdaŞəmkir) şəhərində doğulmuşdur.
Hazırda RF Hökumətinin Hüquq departamenti şöbəsinin rəisi vəzifəsində çalışır.
Sübhi Şıxlinski Rusiya Federasiyasının 3-cü dərəcəli həqiqi dövlət müşaviridir.
Aktual.az