Medvedevdən İrəvanda Qarabağ AÇIQLAMASI

Medvedevdən İrəvanda Qarabağ   AÇIQLAMASI

Rusiyanın baş naziri Dmitri Medvedev Dağlıq Qarabağda sülhün qorunmasının və bu məsələnin yekun nizamlanmasına nail olmağın vacibliyini bəyan edib. Rusiya buna yardım etməyə davam edəcək.

Aktual.azTrend-ə istinadən bildirir ki, bu məsələ D.Medvedevin Yerevanda Ermənistan prezidenti Serj Sarkisyanla görüşündə müzakirə edilib.

D.Medvedev qeyd edib ki, Rusiya Dağlıq Qarabağda hadisələrin inkişafını narahatlıqla izləyib və gücü çatdığı qədər mövcud vəziyyətin həllinə kömək edib: "Əldə edilmiş atəşkəsin qorunması vacibdir".

D.Medvedev regionda daha möhkəm sülhə doğru addımları və Dağlıq Qarabağ münaqişəsinin yekun nizamlanmasının vacibliyini qeyd edib: "Rusiya bu mürəkkəb münaqişənin həllinə kömək edib və edəcək".

Xəbər 811 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR