Rusiyaya Türkiyə tərəvəzlərinin tədarükünün bərpa edilməsi üzrə hələ heç bir qərar qəbul edilməyib.
Aktual.az Trend-ə istinadən bildirir ki, bunu Rusiyanın Baş naziri Dmitri Medvedev deyib.
Onun sözlərinə görə, bununla bağlı məsələ Ankara ilə müzakirə olunacaq.
Medvedev Türkiyəyə qarşı məhdudiyyətlərin tədricən aradan qaldırılması üzrə tədbirlər görməyi tapşırıb
D.Medvedev qeyd edib ki, yalnız turizm marşrutları ilə bağlı qərar qəbul edilib.