Rusiyanın Baş naziri Dmitri Medvedev Türkiyənin bir sıra məmurlarının İŞİD-dən neft məhsulları aldığını iddia edib.
Aktual.az AzNews.az-a istinadən xəbər verir ki, bu barədə TASS sagentliyi məlumat yayıb. Medvedev bildirib ki, Türkiyə öz hərəkətləri ilə İŞİD yaraqlılarını müdafiə etdiyini nümayiş etdirib: “Buna görə də, Türkiyə məmurlarının İŞİD-ə məxsus müəssisələrdə istehsal olunan neft məhsullarını almaqda birbaşa maliyyə marağının olmasına dair məlumatlar şübhə doğurmur”.
Qeyd edək ki, dünən Rusiya prezidenti Vladimir Putin də Türkiyəni İŞİD yaraqlılarından neft almaqda günahlandırmışdı.