MEDİA öz işini bunun üzərində qurub... - Direktor

MEDİA öz işini bunun üzərində qurub... - Direktor

Bu ildən media subyektlərinin öz fəaliyyətlərindən əldə etdikləri gəlirlərin gəlir (mənfəət) vergisindən azadolma müddəti artırılıb. Mediaya bu iqtisadi güzəştlər 2023-cü il yanvarın 1-dən tətbiq edilməyə başlanılıb.
Aktual.az xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov Azərtac-a müsahibəsində deyib.
"Media sahəsində dövlətin qərarlarının məzmununa nəzər salsaq görərik ki, Azərbaycan mediasının iqtisadi dayanıqlığının gücləndirilməsi, müstəqil, güclü, fəaliyyətini günümüzün tələbləri səviyyəsində qurmağı bacaran, habelə dövlətçilik ənənələrinə bağlı və xalqımızın milli maraqlarını rəhbər tutan medianın inkişafı prioritet vəzifələrdən biri kimi daim diqqət mərkəzində olub. Medianın İnkişafı Agentliyi də öz işini media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi, müvafiq sahədə yeni iqtisadi modelin formalaşdırılması, yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması üzərində qurub. Vurğulamaq istərdik ki, media islahatlarının bu təməl yanaşmasının bundan sonra da davam etdirilməsi prioritet hədəflərimizdəndir”, - İsmayılov bildirib.
Xəbər 57 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR