“Media təhlükəsizlik məsələlərinə diqqətlə yanaşmalıdır” - Azər Verdiyev

“Media təhlükəsizlik məsələlərinə diqqətlə yanaşmalıdır”   - Azər Verdiyev

17 oktyabr 2015-ci il tarixdə Azərbaycan Prezidenti İlham Əliyev Eldar Əhməd oğlu Mahmudovun Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri vəzifəsindən azad edilməsi ilə bağlı sərəncam imzalayıb.

Sərəncamdan dərhal sonra MTN-də çalışan bir qrup yüksək vəzifəli şəxslərin həbs xəbəri sürətlə yayıldı. Daha sonra məlumat Rabitə və Yüksək texnologiyalar Nazirliyinə qədər gedib çıxdı.

Bütün bu proseslər mətbuatda birmənalı qarşılanmadı. Bəzi media qurumları isə dəqiqləşməmiş, fakta əsaslanmayan məlumatlar tirajlamağa başladılar.
Aktual.az 7News.az-a istinadən xəbər verir ki, məsələ ilə bağlı açıqlama verən ASGA Analitik Təhlil Mərkəzinin rəhbəri Azər Verdiyev dövlətin strateji tərəfləri ilə bağlı məlumatların dəqiqləşdirilmiş şəkildə cəmiyyətə ötürülməsinin vacibliyindən danışdı: “MTN-də baş verən proseslər konkret olaraq bir neçə vəzifəli şəxsin üzərində cəmləşib. Vəzifələrindən sui-istifadə edən bir qrup şəxsə görə MTN-nin nüfuzuna xələl gətirmək yolverilməzdir. Hesab edirəm ki, Kütləvi İnformasiya Vasitələrinin nümayəndələri bu məsələdə də vətəndaşlıq mövqeyi nümayiş etdirərək dövlətçilik prizmasından çıxış etməlidirlər”

Bu proseslərin digər qurumlara qədər uzanacağını istisna etməyən ekspert Prezident İlham Əliyevin apardığı kadr islahatlarının birbaşa ölkə maraqlarına xidmət etdiyini dedi: “Proseslər getdikcə dərinləşir. Artıq Rabitə və Yüksək Texnologiyalar Nazirliyində də həbslər və yoxlamalar başlayıb. İstənilən halda bu həm də kadr islahatı kimi dəyərləndirilməlidir. Cənab Prezidentin həyata keçirdiyi istənilən islahat birbaşa ölkə maraqlarına xidmət edir. Bu mənada hesab edirəm ki, düşmən mediasına mövzu verməkdənsə cəmiyyət olaraq birləşməyimiz daha effektli olar”

Xəbər 530 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR