Dilçilər və media nümayəndələri üçün "Ana dili” mükafatı təsis ediləcək.
Aktual.az xəbər verir ki, bu təşəbbüslə çıxış edən professor Qulu Məhərrəmlinin təklifi AMEA-nın prezidenti İsa Həbibbəyli tərəfindən təsdiqlənib.
O, mükafatın 21 fevralda təqdim ediləcəyini deyib.
İsa Həbibbəyli qeyd edib ki, AMEA dilçilər üçün, Mətbuat Şurası isə media üçün "Ana dili” mükafatı təsis edəcək:
"Olimpiadaların adı "Ana dili” olimpiadaları olacaq. Mükafatların 21 fevralda təqdim edilməsi nəzərdə tutulub”. (Apa)
Xəbər 52 dəfə oxunub.