"Bütün neft ölkələrində, ümumiyyətlə, dünyada iqtisadi böhran yaşanır. Belə şəraitdə Prezident İlham Əliyev analoqu olmayan addımlar atdı və bu gün də atmaqdadır".
Aktual.az Trend-ə istinadən bildirir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-leytenant Mədət Quliyev jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Azərbaycanda çörəyin qiyməti dünyada ən aşağı qiymətədir: "Yanacağın qiyməti sabit saxlanılır, hər bir Azərbaycan vətəndaşı rahatlıqla yanacaq ala bilir".
M.Quliyev qeyd edib ki, dövlət başçısı bütün bu məsələləri nəzarətdə saxlayır: "Qısa zaman ərzində cənab Prezident yeniliklər həyata keçirir. Biz xoşbəxt bir xalqıq ki, belə bir rəhbərimiz var".