Mədəniyyət və Turizm Baş İdarəsində yeni - Təyinatlar

Mədəniyyət və Turizm Baş İdarəsində yeni   - Təyinatlar

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin əmrinə əsasən şəbəkəyə daxil olan Nizami rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 1 saylı filialının müdiri vəzifəsinə Məmmədova Yeganə Qüdrət qızı və V.Mustafazadə adına mədəniyyət mərkəzinin direktoru vəzifəsinə İbrahimova Afət Tofiq qızı təyin olunublar. 

Bu barədə İdarədən  verilən məlumatda deyilir.

Həmçinin, R.Behbudov adına 2 nömrəli onbirillik musiqi məktəbinin tədris işləri üzrə direktor müavini vəzifəsinə Nuriyeva Gülara Vahid qızı təyin edilib.

Təyinatlar mədəniyyət ocaqlarında yeni iş sisteminin qurulması və gücləndirilməsi üçün həyata keçirilir. 

Xəbər 381 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR