Mədəniyyət Nazirliyindən Baloğlan Əşrəfovun oğluna cavab

Mədəniyyət Nazirliyindən Baloğlan Əşrəfovun oğluna cavab

Aprel ayında koronavirusdan dünyasını dəyişən Əməkdar artist Baloğlan Əşrəfovun oğlu Peyman Əşrəfov Mədəniyyət Nazirliyini saymamazlıqda ittiham edib.

P.Əşrəfov sosial şəbəkədə status yazaraq nazirliyin atasının vəfatına görə başsağlığı vermədiyini bildirib.

"Mədəniyyət Nazirliyinin mədəniyyəti çatmadı ki, Baloğlan Əşrəfov rəhmətə getdiyinə görə adi başsağlığı versin. 1971-ci ildən bu yana xalqın sevgisini qazanan, o gündən bəri sənəti ilə həmişə sevilərək gündəmdə qalmağı bacaran bir sənətçinin ölümü hər kəsə təsir etdi, bircə nazirlikdən başqa...

Düz 50 il peşəkar sənətdə oldu. Ən azından Əməkdar artist fəxri adını alıb. Halbuki, başqa Əməkdar artist adı alanlara rəsmi qaydada başsağlığı verildi. Bəs niyə Baloğlan Əşrəfova yox? 

Baloğlan Əşrəfovun qiymətini zamanında maestro Niyazi, Şövkət Ələkbərova, İslam Rzayev verib. O, dünən sənətə gəlməyib, 50 il bundan öncə senzuralar keçə-keçə gəlib. Mədəniyyət Nazirliyi bu qədərmi Baloğlan Əşrəfova qarşı ədalətsiz mövqedədir, adi başsağlığı belə vermir?!”

"Qafqazinfo” mövzu ilə bağlı Mədəniyyət Nazirliyinə müraciət edib. Nazirliyin Mətbuat xidməti Peyman Əşrəfovun ittihamlarının əsassız olduğunu bildirib:

"Məlum olduğu kimi, tanınmış müğənni, Azərbaycanın Əməkdar artisti Baloğlan Əşrəfov 2021-ci il aprelin 26-da 70 yaşında vəfat edib.

Baloğlan Əşrəfov aprelin 27-də Masallı rayonunun Bədəlan kənd qəbiristanlığında, xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq dəfn edilib.

Mədəniyyət Nazirliyinin rəhbərliyi və kollektivi tərəfindən Əməkdar artistin vəfat etməsi böyük kədər hissi ilə qarşılanıb, nekroloq verilib, ictimaiyyətə bu barədə məlumat nazirliyin rəsmi saytı və sosial media hesabları vasitəsilə təqdim edilib”.
Xəbər 459 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR