“Mədəni Vətəndaş” layihəsinin icrasına başlanıldı

“Mədəni Vətəndaş” layihəsinin icrasına başlanıldı

Azəri Yurdu Gənclər İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun (AzGF) dəstəyi ilə 7-ci qrant müsabiqəsi çərçivəsində A kateqoriyası üzrə “Mədəni Vətəndaş” adlı layihəsinin icrasına başlayır.

Layihənin məqsədi gənclərin və yeniyetmələrin daha etik, anlaşıqlı və mədəni yetişməsində yardımçı olmaq, gənc yaşlarından etik dəyərləri daha güclü formalaşdırmaq və ictimai davranış normalarını cəmiyyətə çatdırmaqdır.

Layihə çərçivəsində Bakı şəhərində yerləşən bir neçə ali təhsil müəssisələrində gənclər arasında mədəni dəyərlərin təbliği, şəhər nəqliyyatında, yollarda, park və xiyabanlarda ictimai davranış qaydalarının təbliği məqsədilə gənclərin daha mədəni vətəndaş kimi formalaşması naminə təlim proqramları və seminarlar həyata keçiriləcəkdir.

Layihə çərçivəsində «Kulturologiya və multikulturalizm: vətəndaş mədəniyyətinin formalaşdırılması». mövzusunda ilk təlim proqramı 20 oktyabr tarixində Azərbaycan Koorperasiya Universitetində tələbə və gənclərin iştirakı ilə keçirilmişdir. Təlim proqramında məruzəçi qismində kulturoloq, tarix elmləri doktoru, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru Fuad Məmmədov çıxış etmişdir.

Xəbər 470 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR