Rusiya alimləri xora xəstəliyini müalicə etmək üçün biodəri əsasında yeni dərman hazırlayıblar.
Aktual.az saglamolun.az-a istinadən bildirir ki, bu dərmanın köməyi ilə mədə və 12 barmaq bağırsağı xorasını müalicə etmək çox asan olacaq. Yalnız 1 həbin qəbulu xoranın tam bağlanmasını təmin edəcək. Bu dərman indi xora xəstəliyinin müalicəsində istifadə edilən bir neçə dərmanı əvəz edəcək.
Yeni dərmanın kliniki sınaqları 2016-cı ildə başlayacaq. 2015-cı ildə isə bu dərman siçovullarda uğurla tətbiq olunub.