Məcidov: "Növbəti rəqibim üzərində artıq 2 dəfə qələbə qazanmışam"

Məcidov:
  • İDMAN

"Üzərində qələbə qazandığım rəqibim təcrübəli idmançı idi, artıq üç dəfə Olimpiada yarışlarında iştirak etmişdi. Onun üzərində qələbə qazanmaq asan olmadı".

Aktual.az  Trend-ə istinadən bildirir ki, bunu Rio-de-Janeyroda Yay Olimpiya Oyunlarında iştirak edən Azərbaycan yığmasının boksçusu Məhəmmədrəsul Məcidov Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədovaya müsahibəsində deyib.

M.Məcidov komandanın yarışlara yaxşı hazırlaşdığını bildirib. O, komanda hesabı baxımından birinci yeri tutmağa ümid etdiyini də bildirib.

Növbəti rəqibinin Qazaxıstandan İvan Diçko olduğunu deyən M.Məcidov qeyd edib ki, o da təcrübəli idmançıdır: "Ancaq mən artıq onun üzərində 2 dəfə qələbə qazanmışam. İndi də onun üzərində qələbə qazanmalıyam".

M.Məcidov təşkilatçılıq işinin yaxşı olduğunu desə də, idmançıların yaşadıqları yerdə bir sıra nöqsanların olduğunu diqqətə çatdırıb: "Bəzi problemləri özümüz aradan qaldırmışıq".
İdmançımız öz azarkeşlərinə təşəkkürünü də bildirib: "Mən azarkeşlərimin dəstəyini hiss edirəm, onlar mənə yazırlar, birinci qələbəmə görə təbrik edirlər, uğurlar arzu edirlər. Mən əlimdən gələni edəcəm ki, azarkeşlərimi məyus etməyim və axıra qədər mübarizə aparım".

M.Məcidov komandamızın ən azı 5 medal qazanacağına inandığını bildirib.

Xəbər 490 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR