Yevlax rayonunda məcburi köçkünlərin məskunlaşdığı məktəb binası uçub.
Aktual.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Salahlı kəndində yerləşən peşə məktəbinin binasında baş verib. Uzun illərdir ki, məktəb binasında müvəqqəti məskunlaşan Səbahət Ziyafətdin oğlu Abdulrəhmanov və Xəqani Heydər oğlu Cəfərovun yaşadığı mənzilin divarı uçub.
Məcburi köçkünlərin sözlərinə görə, dağıntıya səbəb yağışlı hava olub.
İstismar müddəti başa çatan bina qəzalı vəziyyətdə olsa da, köçkünlər binada yaşamaq məcburiyyətindədirlər.
Qeyd edək ki, həmin binada 16 köçkün ailəsi məskunlaşıb. Evləri uçan köçkünlər Kəlbəcər rayon sakinləridir.