Məcburi köçkünlərin binası aralanır- Sakinlər qorxu içində - FOTO

Məcburi köçkünlərin binası aralanır- Sakinlər qorxu içində - FOTO

Bakıda məcburi köçkünlər üçün inşa olunan binaların birində qəzalı vəziyyət yaranıb.
Aktual.az xəbər verir ki, bu barədə BAKU.WS-in "qaynar xətt"inə şikayət daxil olub.
Yerli sakinlər bildirirlər ki, "Qobu Park-2” yaşayış kompleksindəki binalar günü-gündən bir-birindən aralanır.
Sakinlər bildirirlər ki, qəzalı binanın nömrəsi 17-dir. Binada həmçinin əyilmə də müşahidə olunur.
Redaksiyamıza ünvanlanan şikayəti araşdırmaq üçün Qaçqınların və Məcburi Köçkünlərin işləri Üzrə Dövlət Komitəsinə müraciət etdik. Qurumun mətbuat xidmətinin rəhbəri İbrahim Mirzəyev BAKU.WS-ə bildirdi ki, Dövlət Komitəsi binanın vəziyyəti ilə bağlı məlumatlıdır: "Yaranmış vəziyyətlə bağlı aidiyyəti dövlət qurumları ilə birgə zəruri tədbirlər görülür".



Xəbər 461 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR