Prezident İlham Əliyev məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinətin artırılması haqqında sərəncam imzalayıb.
Aktual.az-ın AzərTAc-a istinadən məlumatına görə, sərəncama əsasən, məcburi köçkünlərin sosial müdafiəsini gücləndirmək məqsədilə müəyyən edilmiş aylıq müavinətin məbləği bu ilin fevral ayının 1-dən 10 faiz artırılacaq.
Sərəncamdan irəli gələn məsələləri həll edilməsi Nazirlər Kabinetinə tapşırılıb.