Bu gün Müstəqil Dövlətlər Birliyi (MDB) Parlament Assambleyasının (PA) Beynəlxalq Müşahidə Missiyasının nümayəndə heyəti Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının Baş katibi Söhrab Abdullayev və partiya sədrinin müavini Elçin Mirzəbəyli ilə görüşüblər.
Görüşdə BAXCP-nin seçkilərdə iştirakı və digər məsələlər ətrafında müzakirə aparılıb. BAXCP funksionerləri müşahidə missiyası üzvlərinin partiyanın fəaliyyəti ilə bağlı suallarını cavablandırıblar.
Aktual.az