Müstəqil Dövlətlər Birliyinin (MDB) Müşahidə Missiyasının Qərargahının rəhbəri Oleq Kuleba Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının qərargahında olub.
Aktual.az xəbər verir ki, partiyanın mətbuat xidmətinin yaydığı məlumata görə, Oleq Kuleba ƏHD Partiyasının sədri Qüdrət Həsənquliyev, baş katib Yaşar Kələntərli, partiya sədrinin müavinləri Niyaməddin Orduxanlı və Əli Həziquliyev ilə görüşüb.
Müşahidə missiyası barədə məlumat verən Kuleba bildirib ki, növbədənkənar parlament seçkilərində 130 müşahidəçi ilə təmsil olunacaqlar. O, həmçinin ƏHD Partiyasının seçkiyə hazırlıq prosesi ilə maraqlanıb.
ƏHD Partiyasının sədri Qüdrət Həsənquliyev partiyanın seçkiyə hazırlıq prosesi, təbliğat-təşviqat işləri, namizədlər və digər məsələlər barədə fikirlərini bölüşüb.
Görüş daha sonra diskussiya şəklində davam edib.
Xəbər 290 dəfə oxunub.