MDB ölkələri terrora qarşı birləşdi

MDB ölkələri terrora qarşı birləşdi
  • DÜNYA

Yanvarın 27-28-də Minskdə, MDB İcraiyyə Komitəsində terrorizmə və ekstremizmin digər zorakılıq hallarına, habelə onların maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində informasiya mübadiləsi haqqında sazişin layihəsinin razılaşdırılmasına dair ekspert qrupunun iclası keçiriləcək.

Aktual.az bildirir ki, bu barədə AZƏRTAC-a MDB-nin Minskdəki mənzil-qərargahının mətbuat xidmətindən məlumat veriblər.

Sənəd bu sahədə dövlətlərarası əməkdaşlığı daha da möhkəmləndirmək, onun səmərəliliyini artırmaq məqsədi ilə hazırlanıb.

Sazişin müddəaları ilə təmənnasız informasiya mübadiləsi, informasiya sistemlərinin, o cümlədən dövlətlərarası informasiya sistemlərinin hüquqi rejiminin yerinə yetirilməsinin təmin olunması, habelə məxfi məlumatın müvafiq müdafiəsi nəzərdə tutulur.
İnformasiya mübadiləsi səlahiyyətli orqanlar tərəfindən həyata keçiriləcək.

Gözlənildiyinə görə, MDB-nin iştirakçısı olan dövlətlərin Antiterror Mərkəzinin İxtisaslaşdırılmış Maliyyə Bankı (ATM İMB) terrorizmə və ekstremizmin digər zorakılıq təzahürlərinə, habelə onların maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində dövlətlərarası informasiya sistemi olacaq.

MDB ATM İMB-nin təşkili, istismarı və fəaliyyəti üzrə tədbirlərin əlaqələndirilməsi və zəruri məsləhətləşmələrin (danışıqların) keçirilməsi MDB ATM-yə həvalə ediləcək. Məhz MDB ATM Birliyin informasiya sistemlərinin təşkilinə və istifadəsinə məsul olan səlahiyyətli orqanlar və Birlik orqanları ilə birbaşa əlaqələr yaradacaq.

Xəbər 510 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR