MDB liderləri Düşənbədə toplanır

MDB liderləri Düşənbədə toplanır
  • DÜNYA

9-10 oktyabr tarixlərində Tacikistanın paytaxtı Düşənbə şəhərində MDB dövlət başçılarının sammiti keçiriləcək.
Aktual.az xəbər verir ki, bu barədə Tacikistan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Məlumata görə, MDB dövlət başçıları aktual beynəlxalq problemləri, o cümlədən regional və qlobal təhlükəsizliyi müzakirə edəcəklər:
"Siyasi dialoqun daha da dərinləşdirilməsinə, ticarət-iqtisadi əlaqələrin möhkəmləndirilməsinə, Birlik çərçivəsində humanitar və mədəni əməkdaşlığın genişləndirilməsinə xüsusi diqqət yetiriləcək.
Görüşün yekununda liderlər çoxtərəfli formatda qarşılıqlı faydalı əməkdaşlığın daha da gücləndirilməsinə yönəlmiş bir sıra sənədlər imzalayacaqlar”.
Bildirilib ki, oktyabrın 9-da Tacikistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan və Rusiya prezidentlərinin Düşənbədə ikinci Mərkəzi Asiya-Rusiya sammiti keçiriləcək.
Xəbər 48 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR