MDB ölkələrinin liderləri Kazanda keçiriləcək BRİKS sammitinə dəvət olunub.
Aktual.az xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov deyib.
"Doqquz üzv ölkədən başqa MDB ölkələrinin rəhbərləri də dəvət olunub. Bu, təbiidir. Afrika, Latın Amerikası, Yaxın Şərq və Cənub-Şərqi Asiyada nüfuzlu regional inteqrasiya birliklərinə rəhbərlik edən dövlət başçılarına da dəvətlər göndərilib. Təbii ki, təşkilata üzvlük və ya BRİKS-də bu və ya digər formada əməkdaşlıq üçün müraciət edən bir çox ölkələrin liderləri də dəvət olunub”, - Uşakov bildirib.
Qeyd edək ki, BRİKS-in növbəti sammiti 22-24 oktyabr tarixlərində Kazan şəhərində keçiriləcək.
Xəbər 174 dəfə oxunub.