Rusiyanın Sankt-Peterburq şəhərindəki Boris Yeltsin adına Prezident Kitabxanasında MDB dövlət başçılarının qeyri-rəsmi sammiti başlayıb.
Aktual.az xəbər verir ki, toplantı Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə keçirilir.
Azərbaycan Prezidenti İlham Əliyev iclasda iştirak etmək üçün dekabrın 26-da Sankt-Peterburq şəhərində işgüzar səfərə gedib.
Zirvə toplantısında həmçinin Rusiya Prezidenti Vladimir Putin, Belarusun dövlət başçısı Aleksandr Lukaşenko, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov, Tacikistan Prezidenti Emoməli Rəhmon və Ermənistanın baş naziri Nikol Paşinyan iştirak edir.Rusiyanın Sankt-Peterburq şəhərindəki Boris Yeltsin adına Prezident Kitabxanasında MDB dövlət başçılarının qeyri-rəsmi sammiti başlayıb.
Bu barədə Rusiya mətbuatında məlumat yayılıb.
Bildirilir ki, görüş Putinin təşəbbüsü ilə həyata keçirilir.
Görüşdə Azərbaycan Prezidenti İlham Əliyevlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin, Belarusun dövlət başçısı Aleksandr Lukaşenko, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov, Tacikistan Prezidenti Emoməli Rəhmon və Ermənistanın baş naziri Nikol Paşinyan iştirak edir.
Xəbər 350 dəfə oxunub.