MDB Dövlət Başçıları Şurasının iclası keçirilir

MDB Dövlət Başçıları Şurasının iclası keçirilir
  • DÜNYA

İlham Əliyev tədbirdə iştirak etmək üçün Qazaxıstana səfər edib
Aktual.az xəbər verir ki, bu gün Qazaxıstanın Akmola vilayətinin Burabay qəsəbəsində MDB Dövlət Başçıları Şurasının iclası keçiriləcək.

İclasda BMT-nin 70 illiyi və Çernobl AES-də baş vermiş qəzanın 30 illiyi ilə əlaqəli sənədlərə baxılacaq. Prezidentlər miqrasiya, mədəniyyət, fövqəladə halların aradan qaldırılması, cinayətkarlıqla mübarizə və xəbərdarlığın olunması, hərbi sahədə əməkdaşlıq, sərhədlərin qorunması məsələlərini özündə əks etdirən sənədləri qəbul edəcəklər.

Ümumillikdə isə sammitdə 17 məsələyə baxılacaq.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev tədbirdə iştirak etmək üçün Qazaxıstana səfər edib.

Xəbər 301 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR