MDB dövlət başçıları Qazaxıstandakı sammitin yekunları üzrə beynəlxalq terrorizmlə mübarizə barədə bəyanat və 2020-ci ilədək Birliyin iştirakçı ölkələrinin hərbi əməkdaşlığı konsepsiyasını qəbul ediblər.
Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bu iki sənəd daxil olmaqla digər 14 sənəd MDB Dövlət Başçıları Şurasının geniş tərkibli iclasında imzalanıb.
BMT-nin yaradılmasının 70 illiyi münasibətilə bəyanat, "Çernobıl" AES-də qəzanın baş verməsinin 30 illiyi ilə əlaqədar müraciət qəbul olunub.
Bundan başqa, xarici sərhədlərdə böhran vəziyyətlərinin nizamlanması üçün sərhədyanı və digər qurumlar üzrə qruplaşmaların formalaşdırılması barədə qərar, 2016-2020-ci illər üçün xarici sərhədlərdə sərhədyanı təhlükəsizliyinin möhkəmləndirilməsi ilə bağlı Proqram qəbul edilib.
Bir sıra sənədlər isə hüquq-mühafizə fəaliyyəti sahəsində kooperasiyaya həsr edilib.
MDB sədrliyinin 2016-cı ildə Qazaxıstandan Qırğızıstana keçməsi rəsmiləşdirilib. MDB Dövlət Başçıları Şurasının növbəti iclasının gələn il sentyabrın 16-da Qırğızıstanda keçirilməsi qərara alınıb.