MDB ölkələrində 4 mindən çox adam terror cinayətlərində iştiraka görə axtarışa verilib.
Aktual.az-ın Report-a istinadən verdiyi məlumata görə, bu barədə çərşənbə günü fəaliyyətə başlayan MDB-nin üzv dövlətlərinin Milli Antiterror Mərkəzləri rəhbərlərinin IX iclasında Birliyin Antiterror Mərkəzinin başçısı general-polkovnik Andrey Novikov məlumat verib.
O, MDB-nin terror və ekstremist xarakterli cinayət törətmiş terrorçu təşkilatların və şəxslərin adının daxil olduğu antiterror bankına malik olduğunu xatırladıb.
"Bilirsiz, bazamız əhəmiyyətli dərəcədə zənginləşib, MDB məkanında qeyd edilən cinayətlərə görə 4 262 cinayətkar axtarışdadır", - deyə A.Novikov bildirib.