Maykl Ceksonun atası kor oldu

Maykl Ceksonun atası kor oldu

Dünya pop-musiqisinin əfsanəsi, mərhum Maykl Ceksonun atası Co Cekson Braziliyada xəstəxanaya yerləşdirilib.

Aktual.az xəbər verir ki, 87 yaşlı Co Cekson şəkərli diabet xəstəsidir. O, ad günündə qəflətən huşunu itirib və insult keçirib.


İnsult nəticəsində Co Ceksonun sol gözü görmə qabiliyyətini itirib.


Hazırda San-Paulu şəhərində klinikada olan Co Cekson axşam saatlarında ABŞ-a aparılacaq.


1960-cı illərin əvvəllərində Co Cekson oğullarından ibarət "Jackson 5" qrupunu yaratmış, bu qrupa menecerlik edirdi.

Maykl Cekson sonralar deyirdi ki, atası həmişə onların üstünə qışqırır, söyür, məşqlər zamanı döyürdü: "Buna rəğmən, atamın tətbiq etdiyi sərt intizam karyeramda müsbət rol oynadı".
Həyatının son illərində Maykl Cekson atası ilə danışmırdı və hətta vəsiyyətində onun adını da çəkməyib.

 
Xəbər 477 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR