Mayın 10-dan dərslər başlayır? - RƏSMİ CAVAB Mayın 10-dan dərslər başlayır?   - RƏSMİ CAVAB

Təhsil Nazirliyi mayın 10-dan orta ümumtəhsil müəssisələrində təhsil alan yuxarı sinif şagirdləri üçün tədrisin başlanılacağı barədə yayılan məlumatlara münasibət bildirib.

Nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov Trend-ə açıqlamasında mayın 10-dan yuxarı sinif şagirdləri, yəni 9, 10 və 11-ci sinif şagirdləri üçün orta məktəblərdə tədrisin başlanılacağı barədə hər hansı qərarın verilmədiyini deyib:
"Təhsil Nazirliyində belə bir məlumat yoxdur. Bu barədə qərarın verilməsi haqqında yayılan məlumatlar həqiqəti əks etdirmir. İnsanları yalnız rəsmi mənbələrin məlumatlarına inanmağa çağırırıq".
Xəbər 734 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR