Matəm günü ilə bağlı Türkiyənin Azərbaycandakı səfirliyində bayraqlar endirilib

Matəm günü ilə bağlı Türkiyənin Azərbaycandakı səfirliyində bayraqlar endirilib

Azərbaycanda matəm günü ilə əlaqədar Türkiyənin Azərbaycandakı səfirliyində və Türkiyə şəhidliyində bayraqlar yarıya endirilib.
Aktual.az xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfirliyi sosial mediada paylaşım edib.
"AZAL-a məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğramasına görə elan edilən matəm günü ilə bağlı olaraq səfirliyimizdə və Azərbaycandakı şəhidliklərimizdəki bayraqlar yarıya endirilib. Faciəli qəzada həyatını itirən qardaşlarımızı bir daha rəhmətlə yad edirik, ailələrinə başsağlığı veririk. Dost Azərbaycan xalqının kədərini dərindən paylaşırıq”, - paylaşımda qeyd edilib.


Xəbər 54 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR