Hacıqabulda 3 nəfər maskalı evdən 13 min manat pul oğurlayıb.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, fevralın 13-də gecə saatlarında Hacıqabul rayonunun Qubalı kənd sakini, 1964-cü il təvəllüdlü Tağıyev Kazım Fazil oğluna məxsus fərdi yaşayış evinə girən 3 maskalı şəxs ailə üzvlərini qorxudaraq mənzildən 13 min manat pulu götürərək qaçıb. Hazırda onların tutulması istiqamətində əməliyyat-axtarış və istintaq tədbirləri həyata keçirilir.
Faktla bağlı Hacıqabul rayon Polis Şöbəsində cinayət işi başlanıb.
Aktual.az
Xəbər 439 dəfə oxunub.