Sabirabad rayonunda yaşayış evinə basqın olub.
Aktual.az Apa-ya istinadən xəbər verir ki, rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə rayonun Qalaqayın kəndində qeydə alınıb. Kənd sakini, 1930-cu il təvəllüdlü Ələkbər Əsədovun yaşadığı evə girən 2 maskalı şəxs onu və arvadı, 1956-cı il təvəllüdlü Sümbül Əsədovanı döyərək mənzildən pul aparıblar.
Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən şəxslərin Ə. Əsədovun qohumları Ceyhun Qurbanov və Vüqar Qurbanov olmaları müəyyən edilib. Hər iki şəxs tutulub.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.