Mask dövlət çevrilişinə 1 milyard xərcləyib - Maduro

Mask dövlət çevrilişinə 1 milyard xərcləyib - Maduro
  • DÜNYA

İlon Mask Venesuelada 2024-cü il prezident seçkilərindən sonra dövlət çevrilişinə cəhdi maliyyələşdirmək üçün ən azı 1 milyard dollar xərcləyib.
Aktual.az xəbər evrir ki, bunu Venesuela Prezidenti Nikolas Maduro deyib.
"İlon Mask dövlət çevrilişinə, faşist qiyamına və seçki prosesinə qarşı zorakılığa ən azı 1 milyard dollar sərmayə qoyub. İyulun 28-də keçirilən prezident seçkilərindən sonra ifrat sağçı müxalifət zorakılıqlara yol verməyə və ölkədə sabitliyi pozmağa çalışıb. Çevriliş cəhdinin arxasında Şimali Amerika imperiyasının daimi sui-qəsdçisi olan ABŞ hökuməti dayanırdı”, - Maduro bildirib.
Onun sözlərinə görə, Maskın maliyyə resurslarını müxalifət liderlərindən biri, terrorçu qrupları maliyyələşdirən Mariya Korina Maçado bölüşdürüb.
Xəbər 104 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR