Göygöl rayonunun Yeni Zod kəndində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Aktual.az Kəpəz TV-yə istinadən xəbər verir ki, Gəncə-Toğanalı avtomobil yolunun Yeni Zod kəndindən keçən hissəsində üzü enişə dayanan və sükanı arxasında heç kim olmayan “Şaqman” markalı yük maşını qəfildən hərəkətə gəlib.
Bu zaman yük maşınının qarşısını kəsmək istəyən 28 yaşlı Eldəniz Aslanov maşınla hasar arasında qalıb və hadisə yerindəcə dünyasını dəyişib.
Qeyd edək ki, “Şaqman” onun qardaşı Elsevər Aslanova məxsusdur.
Faktla bağlı araşdırma aparılır.
Aktual.az