Ucarda piyadanın ölümü ilə nəticələnən yol - nəqliyyat hadisəsi baş verib.
Aktual.az-ın APA-ya istinadən məlumatına görə, hadisə axşam saatlarında Bakı- Qazax əsas magistral yolunun Ucar rayonunun Qaradağlı kəndindən keçən hissəsində qeydə alınıb.
"Mercedes" markalı minik maşını yolu keçən piyada, rayonun Qaradağlı kənd sakini, 1983-cü il təvəllüdlü Səmədov Vüsal Vaqif oğlunu vurub.
Ağır xəsarətlər alan piyada hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılır.
Aktual.az