“Maşın şou” ətrafında qalmaqallar davam edir. Şouda iştirak edən və verilişin elə ilk buraxılışlarındaca fəallıq göstərərək bir neçə nəfəri kənarlaşdıran Mehriban Xanlarova şoudan kənarda baş verənlərə də biganə qalmır. Belə ki, o, bu gün müğənni Səidə Sultanın ona “atdığı daşa” cavab verib. “Maşın şou”nun ən çılğın və güclü oyunçularından olan aktrisa bu dəfə də sərt danışıb. Publika.az-a açıqlamasında o, qarşı tərəfin cavabını belə verib:
“Mən onun həyatdakı obrazını səhnədə məharətlə oynadığım üçün yaddaşında daha yaxşı qalmışam. Hər bir fanatıma uğurlar arzulayıram”.
Xatırladaq ki, əməkdar artist Mehriban Xanlarovanın Aygün Kazımovanı “Maşın şou”dan uzaqlaşdırması böyük ictimai müzakirələrə səbəb olub. Həmin müzakirələr çərçivəsində müğənni Səidə Sultan “Space” telekanalında efirə gedən və özünün də aparıcısı olduğu “Əsl şou” verilişində məsələyə münasibətini bildirərək aktrisa haqqında belə deyib:
“Mehriban xanımın bir obrazı yadımdadır, o da əxlaqsız qadın obrazıdır”.