Masallı rayonunda keçmiş həyat yoldaşını qətlə yetirmiş şəxsin kimliyi məlum olub.
Rayon Polis İdarəsindən verilən məlumata görə, 1975-ci il təvəllüdlü Salyan rayon sakini Muradov İbrahim Paşa oğlu, keçmiş həyat yoldaşı, 1987-ci il təvəllüdlü Masallı sakini Hüseynova Röya Novruz qızını qətlə yetirib.
Qətlin qısqanclıq zəminində baş verdiyi bildirilir. Qeyd olunur ki, uzun müddətdir keçmiş həyat yoldaşını izləyən Muradov onu dekabrın 12-də Masallıdakı otellərdən birində başqa bir şəxslə tutduğu üçün qətlə yetirib.
Faktla bağlı Masallı Rayon Prokurorluğunda araşdırma aparılır. //Ölkə.Az
Aktual.az
Xəbər 683 dəfə oxunub.