Masallıda “Sağlam ailə modeli yaradaq!” adlı tədbir həyata keçirildi

Masallıda “Sağlam ailə modeli yaradaq!” adlı tədbir həyata keçirildi

Gənclər Mərkəzi İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər  Fondunun maliyyə dəstəyi ilə 07-09 iyun 2016-cı ildə Masallıda “Sağlam ailə modeli yaradaq!” adlı tədbir həyata keçirmışdir.

Tədbirdə sağlam ailəyə əngəl olan erkən nikah, məişət zorakılığı problemləri barədə maarifləndirmə söhbətləri aparılmışdır. Müasir dövrdə sosiallaşmanın ən əsas təkanverici qüvvəsi ailədir. Ailənin sağlam formalaşması və cəmiyyətə normal adaptasiyası üçün psixiloji, ideoloji, sosioloji, müəyyən mənada dini təsir və təzyiqlər, həmçinin, kənar müdaxilələrin olması  əksər hallarda  maneələrə səbəb olur. Regionlarda bu problemin daha çox ictimailəşdirilməsi, ona qarşı maarifləndirmənin gücləndirilməsi, gənclərin təlimatlandırılması layihəmizin qayəsini təşkil edir. Bu məqsədlə layihəyə 15-29 yaşlı gənclər cəlb olunmuş, tədbirdə onlara məlumatlandırma materialları da paylanmışdır.

Xəbər 384 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR