Argentinada tüğyan edən daşqınlar azı 12 nəfərin həyatına son qoyub.
10 nəfər Kordoba, 2 nəfər isə Santyaqo-del-Estero əyalətində ölüb.
Qeyd olunur ki, Kordoba əyalətində 1 400 nəfər evakuasiya edilib, onların əksəriyyəti tamamilə su altında qalmış İdiasabal şəhərciyinin sakinləridir. Daha 3 300 nəfər Santyaqo-del-Estero əyalətində öz evlərini tərk etmək məcburiyyətində qalıb.(APA)