Masallı rayonunda yüzdən çox ev su altında qalıb.
Aktual.az bildirir ki, bu barədə azvision.az-a Masallı Rayon İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Nəsir Muxtarlı deyib.
İcra rəsmisinin sözlərinə görə, hazırda dəyən ziyanın aradan qaldırılması üçün rayon Fövqəladə Hallar Komissiyası tərəfindən araşdırma aparılır:
"Cəlilabad rayonunda yerləşən su anbarı həddindən çox yüklənmişdi. Nəticədə su anbarı daşıb və su Masallı rayonundakı kəndləri basıb. 50-dən çox insan təxliyə olunub. Fərdi təsərrüfatlara ciddi ziyan dəyib. Hadisə zamanı xəsarət alan olmayıb".
Aktual.az
Xəbər 342 dəfə oxunub.