Maşallah Əhmədov məhkəmədə jurnalistlərin iştirakına etiraz etdi

Maşallah Əhmədov məhkəmədə jurnalistlərin iştirakına etiraz etdi

Bakı Ağır Cinayətlər Məhkəməsində bu gün dələduzluqda təqsirləndirilən keçmiş futbolçu Maşallah Əhmədovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Aktual.az Trend-ə istinadən bildirir ki, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesə jurnalistlər buraxılmayıblar. Hakim bildirib ki, məhkəmədə iştirak edən təqsirləndirilən şəxs M.Əhmədov jurnalistlərin prosesdə iştirak etməsinə etiraz edib.

Prosesə M.Əhmədovun vəkili gəlmədiyi üçün təqsirləndirilən şəxs vəkilinin iştirakı olmadan məhkəmənin hazırlıq iclasının keçirilməsini istəməyib. Məhkəmənin hazırlıq iclası oktyabrın 13-nə təyin edilib.

Qeyd edək ki, M.Əhmədov 2015-ci ilin dekabrın 14-də Binəqədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Bizneslə məşğul olan "Neftçi"nin keçmiş futbolçusu Bakıda bir neçə nəfərə 150 min manatdan artıq dəyərdə xaricdən daş plitə gətirəcəyini vəd edib. Lakin o, sözünə əməl etməyib, həmin şəxslərin pulunu da qaytarmayıb. M.Əhmədov barəsində həbs qəti imkan tədbiri seçilsə də, məhkəmə qərarı ilə sonradan ev dustaqlığı ilə əvəzləyib.

Xəbər 345 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR