Zərərçəkmiş: "Maşallah Əhmədov pulumu alıb İrana qaçdı"

Zərərçəkmiş:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirli bilinən futbolçu Maşallah Əhmədovun cinayət işi üzrə məhkəmə prosesinin növbəti iclası keçirilib.

Aktual.az Trend-ə istinadən bildirir ki, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının başlandığını deyib və prokuror ittiham aktını elan edib. Prosesdə ifadə verən M.Əhmədov elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib.

Daha sonra prosesdə zərərçəkmiş Sərxan Hüseynov və Yusif Əzizov ifadə veriblər. S.Hüseynov M.Əhmədova 15 min dollar verdiyini deyib: "Həmin pulu bankdan götürmüşdüm. Banka geri qaytara bilmədiyim üçün mən 9 ay həbsdə yatdım, sonra bəraət aldım. Pulumu hələ də ala bilmirəm. Həmin vaxt Maşallah Əhmədov İrana qaçmışdı".

Digər zərərçəkmiş Y.Əzizov isə deyib ki, M.Əhmədova 250 min manat verib.
Hər iki şəxs təqsirləndirilən şəxsdən şikayətçi olduğunu vurğulayıblar. Məhkəmə prosesi oktyabrın 25-də davam edəcək.

Xatırladaq ki, M.Əhmədov 2015-ci il dekabrın 14-d Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. İlkin məlumata görə, bizneslə məşğul olan "Neftçi"nin keçmiş futbolçusu bir neçə nəfərə 150 min manatdan artıq dəyərə xaricdən daş plitə gətirəcəyini vəd edib. Lakin sözünə əməl etməyib və həmin şəxslərin pulunu qaytarmayıb.
Binəqədi Rayon Məhkəməsi M. Əhmədov barəsində ev dustaqlığı barədə qərara qəbul edib.
 
Aktual.az
Xəbər 480 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR