Rusiyanın "Animakord" studiyasının istehsalı olan "Maşa və ayı" animasiya serialının "Maşa üstəgəl sıyıq" seriyası YouTube-da baxış sayına görə fenomenal rekord vurub.
Milli.Az bildirir ki, həmin seriyaya artıq 1,902 milyard dəfə baxılıb.
Bununla da animasiya filmi YouTube-un tarixində ən çox baxılan videolar sırasına düşərək müğənni Adel-in "Hello" mahnısının klipini də üstələyib.
YouTube-da ən populyar video koreyalı reper PSY-ın "Gangnam Style" mahnısının klipidir. Bu videoya 2,7 milyard dəfə baxılıb.
"Maşa üstəgəl sıyıq" animasiya filminə hər gün orta hesabla 2,7-3,3 milyon dəfə baxılır.
"Maşa və ayı"nın ilk seriyası 2009-cu ildə nümayiş olunub. Hər seriyası 6 dəqiqə davam edən bu animasiya serialının nümayiş hüquqlarını Netflix, Turner, KIKA, France TV, Sony Music, NBC Universal, Televisa satın alıblar.
Xəbər 985 dəfə oxunub.