Bakı şəhər BPİ CAİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlləri törətməkdə şübhəli bilinən Bakı şəhər sakini saxlanılıb.
Baş Polis İdarəsindən Aktual.az-a verilən xəbərə görə, əvvəllər məhkum olunan 1958-ci il təvəllüdlü Abbasağa Əbülfəz oğlu İzətullayevin paytaxtda yerləşən ticarət mərkəzlərində və ictimai nəqliyyatda cibgirlik yolu ilə oğurluq etdiyi məlum olub.
Şübhəli şəxsin üzərindən 0,744 qram tiryək aşkar olunaraq götürülüb.
Bu şəxsi şəxsi tanıyanlardan, onun başqa təhlükəli əməllərinin şahidi olanlardan, onun əməllərindən zərərçəkənlərdən Bakı şəhər Bas Polis İdarəsinə, yaxud 102 Zəng –Mərkəzinə məlumat vermələri xahiş olunur.