Marşrut xətlərinə əlavə 100 avtobus buraxılacaq

Marşrut xətlərinə əlavə 100 avtobus buraxılacaq

Bayram günlərində rayon və şəhərlərarası sərnişindaşıma xidmətində problem yaşanmaması üçün əlavə 100 avtobus xətlərə buraxılacaq.

Aktual.az Trend-ə istinadən xəbər verir ki, bunu Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) mətbuat xidmətinin rəhbəri Şəfa Mehmanqızı deyib.

Onun sözlərinə görə, əlavə avtobuslar hazırlanaraq ehtiyatda saxlanılır: “Bakı Beynəlxalq Avtovağzal Kompleksində respublika üzrə rayon və şəhərlərarası sərnişindaşıma xidməti ilə 800-ə yaxın avtobus fəaliyyət göstərir. Bayrama bir neçə gün qalmış sərnişinlərin sayında artım olduğu təqdirdə, ehtiyac yarandığı zaman ehtiyatdakı avtobuslar xətlərə buraxılacaq. Dekabrın 20-dən etibarən Bakı Beynəlxalq Avtovağzal Kompleksinin əməkdaşları, o cümlədən sürücülər gücləndirilmiş iş rejimində çalışacaqlar”.

Bayram günlərində adətən daha çox qərb bölgəsi istiqamətində sərnişin sıxlığının müşahidə olunduğunu qeyd edən qurum rəsmisi bildirib ki, əlavə avtobusların xətlərə buraxılması bilet satışına uyğun tənzimlənir: “Bilet alışı zamanı hansı istiqamətə daha çox bilet alınıbsa, rezerv avtobuslar da o istiqamətə ayrılır. Amma buna baxmayaraq, tərəfimizdən müşahidələr aparılacaq. Hansı istiqamətə sərnişin sıxlığı daha çox müşahidə olunarsa, həmin xətlərə də ehtiyatda olan avtobuslar buraxılacaq”.

Xəbər 493 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR