Marsın sirli təsvirləri - VİDEO

Marsın sirli təsvirləri - VİDEO
  • DÜNYA

Amerika Milli Kosmik Agentliyinin (NASA) tədqiqatçıları Mars planetinin MAVEN (Mars Atmosphere and Volatile EvolutioN) zondu ilə çəkilmiş təsvirlərini dərc ediblər.

Oxu.Az Lenta.ru-ya istinadən xəbər verir ki, alimlər planetin hərəkətini izləmək üçün yüzlərlə ən yaxşı şəkli videoçarxda birləşdiriblər.

Məlumata görə, küləklər Marsda 60-100 kilometr hündürlükdə dövr edir, buludları formalaşdırır və vaxt ötdükcə ozonun miqdarını dəyişir.

Tədqiqatın müəllifləri planetin qaranlıq səthində qeyri-adi işıqlanmaya diqqəti yönəldiblər. Bunun səbəbi digər tərəfdə baş verən kimyəvi reaksiyalardır: günəşin ultrabönəvşəyi işığı azot və karbon qazının molekullarını dağıdır. Alınan atomlar küləklə planetin qaranlıq səthinə keçir. Onlar burada azot və oksigen atomları ilə birləşir və azot oksidi molekulları yaradırlar. Alınmış əlavə enerji ultrabənövşəyi işıq şəklində şüalanır.


Xəbər 653 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR