"Olimpiakos"un futbolçusu Marselo UEFA Avropa Liqasında debütü və "Qarabağ"la matç barədə danışıb.
Aktual.az xəbər verir ki, 34 yaşlı müdafiəçi İnstaqram hesabında bu sözləri yazıb:
"5 ay futbol oynamayandan sonra geri qayıtmaq asan deyil. Lakin formama dönəcəm. Bəhanələr söyləməyəcəm. Bu, gözlənilən debütüm olmadı, lakin getdikcə yaxşılaşacağıma əminəm".
Qeyd edək ki, Marselo 0:3 hesabı ilə başa çatan oyunun 60-cı dəqiqəsində meydana daxil olub.(Offsideplus.az)
Xəbər 393 dəfə oxunub.