Qədim zamanlarda Mars okeanına iki asteroid düşüb və bu, meqasunaminin yaranmasına gətirib çıxarıb.
Aktual.az publika.az-a istinadən bildirir ki, bu nəticəyə Avropa Birliyi, ABŞ və Çindən olan geofiziklər gəliblər.
Tədqiqatın nəticələri "Scientific Reports" jurnalında dərc edilib.
"Qırmızı planet"in şimalında torpağın geomorfoloji və istilik təsvirləri əsasında alimlər göstəriblər ki, təxminən 3,4 milyard il əvvəl onun səthinə iki asteroid düşüb. Alimlər bildirirlər ki, sunami nəticəsində yaranan dalğaların hündürlüyü təxminən 100 metrə çatıb.